Qırğızıstan Prezidenti xalqa müraciət etdi

 11:56 17.09.2022     183

Qırğızıstan Prezidenti Sadır Japarov sosial şəbəkələrdə Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurma ilə bağlı paylaşım edib.

Redaktor.az-ın “Sputnik-Qırğızıstan”a istinadən verdiyi xəbərə görə, o bildirib ki, Qırğızıstan tərəfi Tacikistanla sərhəd məsələsini mümkün qədər tez həll etməyə çalışır.

“Özbəkistanla sərhəd məsələləri praktiki olaraq həll olunub, Tacikistanla isə hələ də gündəmdədir. Tarix göstərib ki, sərhəd məsələsi səbir və diqqətli yanaşma tələb edir. Bu, çətin prosesdir”, - qeyd edib.

Prezident Qırğızıstanın bu məsələnin tezliklə həllini tapmasına çalışdığını vurğulayıb.

S.Japarovun sözlərinə görə, sərhəddə baş verən toqquşmalarda Tacikistan tərəfi də böyük itki verib.