Ərdoğan ABŞ-da səfərdədir

 12:31 17.09.2022     421

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər edib.

Redaktor.az “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğanı hava limanında Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Siniroğlu, Türkiyənin Vaşinqtondakı səfiri Hassan Murat Mercan qarşılayıblar.

Türkiyənin dövlət başçısı BMT Baş Assambleyasının sessiyasında iştirak etməklə yanaşı, bir sıra görüşlər də keçirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən