Tayvanda 6,5 bal gücündə zəlzələ oldu

 20:26 17.09.2022     186

Tayvan adasının şərqindəki Taytunq rayonunda 6,5 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu haqda Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 21:41-də qeydə alınıb. Təkanlar Çinin materik hissəsindəki Fucien, Quandon və Cıcian vilayətlərində də hiss olunub.

Hələlik dağıntı və tələfat barədə məlumat verilmir.