Taciklər Qırğızıstanda avtomobil körpüsünü PARTLATDI

 22:50 17.09.2022     195

Qırğızıstanın Batken vilayətində tacik hərbçiləri 36 metrlik avtomobil körpüsünü partladıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstanın Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Kök-Taş-Aksay-Tamdıq avtomobil yolunun 7-ci km-də, Daça-Çayxana yolunun hissəsində Tacikistan hərbçiləri tərəfindən 36 metrlik körpü uçurulub", - məlumatda deyilir.

Mətbuat xidməti körpünün Ak-Suu çayının sahillərini birləşdirdiyini qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən