ABŞ Cənubi Kipri silahlandıracaq

ABŞ Dövlət Departamenti Cənubi Kiprə tətbiq edilən silah embarqosunu ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə Departamentin sözçüsü Ned Prays məlumat verib.
"Dövlət katibi Antoni Blinken Kiprin 2023-cü maliyyə ilində müdafiə materiallarının ixracı və transferlərinin təsdiqlənməsinə icazə vermək üçün müvafiq qanunvericilik çərçivəsində lazımi şərtləri yerinə yetirdiyini müəyyən edib və Konqresə məlumat verib", - açıqlamada deyilir.
O, həmçinin bəyan edib ki, Vaşinqtonun beynəlxalq silah ticarəti qaydaları 2022-ci il oktyabrın 1-dən tətbiq olunacaq.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Kiprlə bağlı qərarını qınayıb.