Qırğızıstan parlamenti sərhəddəki vəziyyəti müzakirə edəcək

 09:49 18.09.2022     138

Qırğızıstan parlamentinin deputatları bazar günü də növbədənkənar iclasını davam etdirəcəklər və bu iclasda Tacikistanla sərhəddəki vəziyyəti müzakirə edəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstanın ali qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.

"Bu gün, sentyabrın 18-də, saat 15:00-da (yerli vaxtla) Qırğızıstan Respublikası Joqorku Keneşinin (Ali Şurasının) bağlı qapılar arxasında keçiriləcək növbədənkənar iclası davam edəcək", - məlumatda deyilir.

Qeyd edək ki, Qırğızıstan parlamentinin sədri Talant Mamıtov sentyabrın 16-da Qırğızıstan-Tacikistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar növbədənkənar iclas elan edib. İclas bağlı qapılar arxasında keçirilib. Nnəticədə növbəti növbədənkənar iclasın çağırılması prosedurunun təkrarlanmaması üçün fasilə elan edilməsi qərara alınıb.