Pelosini istefaya çağırdılar

 10:44 18.09.2022     224

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ parlamentinə qarşıdan gələn aralıq seçkilərdə Demokratlar Partiyasının nəticələrindən asılı olmayaraq vəzifəsini tərk etməlidir.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bunu demokrat konqresmen Eliss Slotkin bəyan edib.

Onun sözlərinə görə, Konqresin aşağı palatasının rəhbərini dəyişməyin vaxtı çatıb:

“Bizim (Nümayəndələr Palatası) rəhbərliyi dəyişməyin vaxtıdır. Rəhbərlikdə Nyu-Yorkdan və Kaliforniyadan hədsiz çox konqresmen var. Daha çox müxtəliflik görmək istərdim”.

Konqresmenlərin nöqteyi-nəzərindən Pelosi getməli, yerini ölkənin mərkəzi və şimal-şərq hissəsindən 12 ştatın daxil olduğu ABŞ-ın coğrafi bölgəsi olan Orta Qərbin nümayəndələrinə verməlidir.

Slotkinin vurğulayıb ki, ştatın bu hissəsindən olan seçicilərin buna ehtiyacı var.

Qeyd edək ki, daha əvvəl KİV-də Demokratlar Partiyasının aralıq Konqres seçkilərində məğlub olacağı təqdirdə Pelosinin ABŞ-ın İtaliyadakı səfiri vəzifəsini yerinə yetirmək istədiyi ilə bağlı xəbərlər çıxmışdı.