"Rruslar Ukraynada dəbdən düşən üsullarla döyüşür" - NATO

 12:58 18.09.2022     178

Qərb sanksiyaları Rusiyanın hərbi-sənaye kompleksinə təsir etməyə başlayır. Rusiya mürəkkəb silah istehsalında çətinliklərlə üzləşib.

Redaktor.az xəbər verir ki, bu barədə NATO hərbi komitəsinin rəhbəri admiral Rob Bauer "Röyter" agentliyinə müsahibəsində bəyan edib.

"Sanksiyalar onlara getdikcə daha çox mane olur, çünki onların silah sistemləri üçün lazım olan komponentlər qərb sənayesi tərəfindən istehsal edilir", - admiral belə hesab edir.

O, qeyd edib ki, Rusiyanın qanadlı raket və daha mürəkkəb avadanlıqla bağlı çətinlikləri üzə çıxıb. 

Eyni zamanda admiral hesab edir ki, işğalçı ölkənin xeyli sənaye bazası var və əvvəlkitək çoxlu döyüş sursatı istehsal etməyə qadirdir. 

Bu, vacibdir, çünki hər iki tərəf intensiv döyüş əməliyyatları aparır, bu isə çoxlu sayda patronlar, mərmilər və raketlər tələb edir.

Bauer həmçinin NATO-nun dəyərləndirmələrini də səsləndirib.

Buradan bəlli olur ki, Rusiya Ukraynada ordusunun 85 faizini işə salıb. Kreml səfərbərlik etmədən özünün hərbi mövcudluğunu xeyli artıra bilmir.

"Biz döyüş əməliyyatları zonasına məhdud sayda yeni rusiyalı hərbçilərinin gəldiyini müşahidə edirik. Biz əminik ki, bu qoşunların hazırlıq səviyyəsi yüksək deyil", - admiral deyib. 

Bauer həmçinin bir neçə gün ərzində Kiprin sahəsinə bərabər ərazini geriyə alan Ukrayna Silahlı Qüvvələrinin uğurlu hücumunun səbəbini də uzah edib.

"Bu gün ukraynalıların uğurlarının səbəblərindən biri ondan ibarətdir ki, ruslar dəbdən düşən üsullarla döyüşür. 

Rusiyanın hər bir hərbi hissəsi yuxarı orqanlardan göstərişlər gözləyir. Nəsə dəyişəndə də yeni əmr gözləyir. 

Ukraynalılar elə sürətlə hücum edirdilər ki, ruslar yeni əmr almağa fürsət əldə etməyərək elə hey geri çəkilirdi", - o, belə deyib.

Qeyd edək ki, Rusiya silahlarında ABŞ, Avropa və Asiya şirkətləri tərəfindən istehsan edilən 450-dən artıq komponent müəyyən edilib.