Ukraynadakı müharibə 2030-cu ilə qədər uzana bilər - Baş nazir

 14:35 18.09.2022     222

“Ukrayna torpaqlarının əhəmiyyətli hissəsini itirə bilər”.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Fides - Macarıstan Vətəndaş Birliyi” partiyasının qapalı iclasında bəyan edib.

“Ukraynadakı münaqişənin 2030-cu ilə qədər uzanmaq təhlükəsi mövcuddur və rəsmi Kiyev öz ərazisinin üçdə birini və ya yarısını itirə bilər. Ukraynadakı münaqişə lokal xarakter daşıyacaqdı, lakin Qərb müdaxilə edərək onu qloballaşdırdı”, - Orban deyib.

Orban Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını da tənqid edib:

“Sanksiyaların yaratdığı enerji böhranı səbəbindən Avropa sənayesinin 40%-ə qədəri qışda dayana bilər”.