Tacikistanla sərhəddə atışmada ölən Qırğız vətəndaşlarının sayı artdı

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı ölənlərin sayı 46 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Qırğız Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd edilib ki, silahlı toqquşmalar zamanı 140 nəfər yaralanıb.
“Batken vilayətindən alınan əməliyyat məlumatlarına görə, daha 10 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına daxil olub. Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 46 nəfərdir. 140 nəfər xəsarət alıb, onlardan 7-si ambulator müalicəyə göndərilib”-deyə, məlumatda vurğulanıb.
Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Batken və Leylek bölgələrində toqquşmalar olub. Məlumata görə, Tacikistan Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları, minaatanlardan, eləcə də çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib.