"Ermənistanın təhlükəsizlik məsələləri bizim üçün önəmlidir" - Nensi Pelosi

 18:00 18.09.2022     269

ABŞ Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü və ölkənin qurumdan çıxma ehtimalına münasibət bildirmir.

Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvanda mətbuat konfransı zamanı deyib.

“Ermənistanda demokratiyanın inkişafı bütün demokratik dünya tərəfindən müsbət qarşılanır. Biz Ermənistanın digər təşkilatlarla təmaslarını şərh etmirik, lakin Ermənistanın təhlükəsizlik məsələləri bizim üçün önəmlidir. Qərarları Ermənistan verir. Biz yalnız bu işə töhfə vermək istəyimizdən danışa bilərik”, – deyən Nümayəndələr Palatasının sədri əlavə edib ki, Ermənistanın Minilliyin Çağırış Proqramına qoşulması məsələsi müzakirə olunur.

Qeyd edək ki, spiker ABŞ-ın Ermənistanın müdafiə sahəsində “ehtiyaclarını eşitməyə” hazır olduğunu da bəyan edib