Estonlar ukraynalı hərbçilərə təlim keçir - FOTO

 20:54 18.09.2022     426

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Estoniyada təlim keçir.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinin təqdim etdiyi fotoları yerləşdirərək məlumat yayıb.

"Estoniya Ukrayna Silahlı Qüvvələrinin təliminə kömək edir. Biz dəstəyə görə minnətdarıq", - ukraynalı döyüşçülərlə şəkillərin altında deyilir.

Avqust ayında Estoniya Müdafiə Nazirliyi Ukraynaya öldürücü silahlar - tank əleyhinə silahlar və minaatanlar təhvil verəcəyini açıqlamışdı.

T.İSMAYIL

2