"Avropanın narahatlığı yüksək səviyyədədir" - Musfata Şentop

 21:10 18.09.2022     149

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkiyənin son günlər Ermənistanın növbəti təxribatı ilə üzləşən Azərbaycanın yanında olduğunu bildirib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, TBMM sədri həmçinin Avropa ölkələrinin bir sıra sahələrdə çətinliklərlə üzləşdiyini vurğulayıb.

“Avropanın qarşıdan gələn qışı çətin keçirəcəyini eşidirik. Ötən gün Moldovada rəsmi səfərdə idim. Bildirmək istəyirəm ki, Avropanın narahatlığı yüksək səviyyədədir. Avropada enerji, kənd təsərrüfatı və ərzaq qiymətlərinin artması ilə bağlı ciddi böhran ssenariləri gündəmi zəbt edib. Sənayeçilərimizin və vətəndaşlarımızın bu böhrandan təsirlənməməsi üçün dövlətimiz yüksək məbləğdə subsidiyalar tətbiq edir”, - deyə Şentop bildirib.