Kraliçanın dəfninə görə 100-dən çox aviareys təxirə salındı

 21:45 18.09.2022     144

Londonun "Hitrou" hava limanında kraliça II Elizabetinin dəfn günü ilə bağlı 100-dən çox reys təxirə salınıb.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, qərarda məqsəd vida mərasimi zamanı təyyarə səs-küyünü minimuma endirməkdir.

Təxirə salınan aviareyslər 19 sentyabr tarixində "Hitrou" hava limanından uçuşa hazırlaşan və ya eniş edən uçuşların 15%-dir. Daha çox təxirə salınan aviareyslər "British Airways" şirkətinə məxsusdur. 

Qeyd edək ki, II Elizabetin dəfn mərasimi sabah yerli vaxtla saat 11:00-da keçiriləcək.