“Ermənistan həmişə Rusiya ilə birlikdə olacaq” - İrəvanda Pelosinin səfərinə ETİRAZ - FOTO

 22:45 18.09.2022     229

ABŞ-ın İrəvandakı səfirliyi qarşısında piket keçirilib.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri fonunda keçirilən aksiya Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinə dəstək məqsədilə təşkil edilib.

Ermənistanın “Birgə” hərəkatının bir qrup gənc fəalı piket zamanı amerikalı siyasətçiyə Ermənistanın Rusiya ilə müttəfiqliyə sadiq qalacağını xatırlatıb. Onlar üç dildə “Xanım Pelosi, Ermənistan həmişə Rusiya ilə birlikdə olacaq” yazılı plakatlar açıblar.

Bundan əvvəl isə İrəvanın İncəsənət Mərkəzinin yaxınlığında Pelosinin səfərinə dəstək olaraq piket keçirilib.