İranda qırıcı yerə çırpıldı

 23:15 18.09.2022     287

İranda “SU-22” qırıcı təyyarəsi qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinə məxsus təyyarə təlim uçuşu yerinə yetirərkən texniki nasazlıqla üzləşib və pilotların səyi ilə yaşayış olmayan əraziyə düşüb.

Təyyarə yerə çırpıldıqdan sonra partlayıb.

Pilot katapult edərək qəzadan sağ çıxıb (apa).