Putin Ərdoğanın sözçüsünü təqlid etdi - VİDEO

 09:30 19.09.2022     202

Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalını təqlid etməsi dünya mediasında gündəm olub.

Redaktor.az xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında prezidentin sözçüsü İbrahim Kalının Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl Rusiya nümayəndə heyətini necə qarşılamasından xeyli təəccüblənən Rusiya lideri Putinin reaksiyası günə damğasını vurub.

Vladimir Putinin İbrahim Kalının təqlidini etdiyi anlar və üz ifadəsi yumor mövzusuna çevrilib.