Nur-Sultan artıq Astanadır - FOTO

 10:50 19.09.2022     263

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev konstitusiyaya dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Bununla da, paytaxt Nur-Sultanın adı dəyişdirilib və yenidən Astana adlandırılıb.

Redaktor.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, paytaxtın yeni adı ilə əlaqədar respublika əhəmiyyətli avtomobil yolları boyu 467 məlumat lövhəsinin dəyişdirilməsi nəzərdə tutulur.

"KazAvtoJol"un mətbuat xidmətindən bildiriblər ki, bu günə qədər 100-ə yaxın məlumat paneli sökülüb, dəyişdirilməsi üzrə işlər davam edir.

İdarədən verilən məlumata görə, məlumat lövhələrinin dəyişdirilməsi hər il respublika əhəmiyyətli avtomobil yollarının saxlanılması üçün ayrılan vəsait hesabına həyata keçirilir.

Xatırladaq ki, prezident Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunu imzalayıb. Dəyişikliklərdən biri Qazaxıstan paytaxtının adının dəyişdirilməsi ilə bağlıdır. Prezident Nur-Sultan şəhərinin adının Astana adlandırılması haqqında sərəncam imzalayıb.

222