Luqanskda Rusiyanın hərbi bazası dağıdıldı

 13:44 19.09.2022     291

Ukraynanın işğal altında olan Luqansk vilayətində Rusiyanın hərbi bazası dağıdılıb.

Redaktor.az xəbər verir ki, bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday teleqramda yazıb.

O bildirib ki, nəticədə Rusiyanın xeyli texnikası və canlı qüvvəsi məhv edilib.

Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Luqanskda separatçı bölgə Donbas müharibəsinin nəticəsində yaranıb.

Xatırladaq ki, daha əvvəl Rusiya qoşunlarının Luqanskın Kremennaya şəhərini tərk etməsinə dair məlumat yayılmışdı.