Zelenski AES-in atəşə tutulmasını yayımladı - “Rusiya bütün dünyanı təhlükə altında qoyur” - VİDEO

 17:52 19.09.2022     161

Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Ukrayna atom elektrik stansiyasına (AES) artilleriyadan endirilən zərbəni əks etdirən video yayımlayıb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, videoda AES-ə Rusiya tərəfindən atəş açılması əks olunub.

“İşğalçılar yenidən atəş açmaq istədilər. Lakin atom elektrik stansiyasının nə olduğunu unudublar. Rusiya bütün dünyanı təhlükə altında qoyur. Biz çox gec olmadan bunu dayandırmalıyıq”, - deyə prezident qeyd edib.