Acun Ilıcalı qəzaya düşdü - QOLU SINDI - YENİLƏNİB

 23:59 19.09.2022     316

Məşhur teleaparıcı Acun İlıcalı avtomobil qəzası keçirib.

Redaktor.az xəbər verir ki, iş adamı İstanbulda qarşı tərəfdən gələn avtomobillə toqquşub.

Xəstəxanada aparılan şoumenin ilk yoxlamada qolunun sındığı aşkarlanıb. İlıcalının ümumi səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Acun vaxtilə valideynlərini də yol qəzasında itirib.

***

Tanınmış türkiyəli aparıcı, TV8 telekanalının sahibi Acun Ilıcalı bu gün motosiklet qəzası keçirib.

Redaktor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Liv Hospital Vadistanbul xəstəxanasına aparılan Ilıcalının səhhətinin yaxşı olduğu öyrənilib.

Onun qarşı tərəfdən gələn avtomobillə toqquşduğu bildirilir.