İsveçrə ABŞ-dan döyüş təyyarələri alacaq 

 21:40 19.09.2022     271

İsveçrə hökuməti ABŞ-dan F-35A tipli döyüş təyyarəsi almaq üçün müqavilə imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

Hökumət 36 ədəd F-35A qırıcısının alması üçün ABŞ ilə razılığa gəlib. Təyyarələr 2027-ci ildən başlayaraq İsveçrəyə təhvil veriləcək.

F-35A qırıcılarının F/A-18 "Hornet" və F-5 "Tiger təyyarələrini əvəz edəcəyi bildirilir. Müqavilənin dəyəri 6.1 milyard dollardır.