Putin müharibəni dayandırmaq istəyir - Ərdoğan

 09:42 20.09.2022     256

Rusiya Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmağa çalışır.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib.

"Bu məsələdə Rusiyanın mövqeyi çox önəmlidir. Özbəkistanda Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm və onunla çox ətraflı danışıqlar apardıq. Rusiya lideri münaqişəni tez bir zamanda başa çatdırmağa çalışdığını bildirdi. Hesab edirəm ki, irəliyə doğru mühüm addım atılacaq”, - deyə Ərdoğan münaqişənin nə vaxt bitəcəyi ilə bağlı suala cavab verərkən bildirib.

Xatırladaq ki, Özbəkistanın Səmərqənd şəhərində 15-16 sentyabr tarixlərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan orada rusiyalı həmkarı Vladimir Putinlə görüşərək, bir sıra aktual məsələləri müzakirə edib.