4 ölkədən Putini əsəbləşdirəcək QƏRAR

 12:18 20.09.2022     392

Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Avropa ölkələri Rusiyaya qarşı məhdudiyyətləri artırır.

Redaktor.az ürkiyə mediasına istinadən xəbər verir ki, Polşa və Baltikyanı ölkələr Litva, Latviya və Estoniya bu gündən etibarən sərhədlərini Rusiya vətəndaşları üçün bağlayıb.

Rusiyalı müxaliflər, diplomatlar, nəqliyyat biznesi ilə məşğul olan şəxslər, Aİ vətəndaşlarının ailə üzvləri və Aİ ölkələrində yaşamaq icazəsi olan şəxslər bu məhdudiyyətdən azad olunacaqlar.

Latviya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “Ukraynada hücumlar davam edərkən, bu dövlətin vətəndaşlarının ölkələrimizə turist səfərləri təkcə mənəvi deyil, həm də siyasi təxribat və təhlükəsizliyimizə təhdiddir. ”, - deyə bildirilir.

Estoniya XİN-dən verilən məlumatda rus agentlərinin turist vizalarından istifadə etdiyi vurğulanıb. Litva tərəfi bəyan edib ki, Rusiya vətəndaşlarına viza verilməsinin məhdudlaşdırılması ədalətli və effektiv üsul olacaq.