Tbilisidən Bakı və İrəvana daha bir  TƏKLİF

 12:28 20.09.2022     219

Gürcüstan Azərbaycan və Ermənistan arasında münaqişənin həllində hələ də vasitəçi kimi çıxış etməyə hazırdır. 

Redaktor.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib.

"Gürcüstan hər zaman cənub qonşularımıza sülhün möhkəmləndirilməsi istiqamətində dialoq aça biləcək ölkə olmağa davam edəcək. Bu baxımdan ölkəmizin təklifi yenidən qüvvədədir. Zərurət yaranarsa, ölkəmiz də bu işə cəlb olunacaq. prosesdə vasitəçi kimi hər zaman hazırıq”, - Gürcüstan XİN rəhbəri bildirib.