Çavuşoğlu amerikalı həmkarı ilə görüşdü - FOTO

 18:04 20.09.2022     319

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər iki ölkə arasındakı münasibətlər və Ukraynada davam edən proseslər başda olmaqla bir sıra regional məsələləri müzakirə edib.

Qeyd olunub ki, görüş Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasının iclası çərçivəsində Nyu-York şəhərində baş tutub.

22