Senatorlar F-16 qırıcılarının satışına müsbət rəy verib - Ərdoğan

 23:59 20.09.2022     918

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşdüyü iki ABŞ senatorunun Ankaraya F-16 qırıcılarının satışına müsbət rəy verdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Reuters" agentliyinə müsahibəsində bildirib.

“Onlar müsbət danışırlar", - Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə görüşündən əvvəl deyib.

Məlumata görə, Ərdoğan Nyu-Yorkda ABŞ senatorları Lindsey Qraham və Kris Kuns ilə görüşüb.

ABŞ prezidenti Co Baydenlə görüşüb-görüşməyəcəyi ilə bağlı sualı cavablandıran Türkiyə lideri Baydenin ev sahibliyi edəcəyi ziyafətə qatılacağını söyləyib.

Qeyd edək ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 qırıcısı və mövcud döyüş təyyarələri üçün 80-ə yaxın modernləşdirmə dəsti almaq istəyir.