Ukraynada daha 300 işğalçı MƏHV EDİLDİ - FOTO

“Son sutkada Ukraynada Rusiya ordusunun 300 hərbçisi məhv edilib”.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 55 110-a çatıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 227 (+11) tank, 4 748 (+24) zirehli döyüş maşını, 1 340 (+17)artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 253 (+1) təyyarə, 217 helikopter, 932 (+7) PUA, 239 qanadlı raket, 15 gəmi, 3 610 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.
İLTİFAT