Rusiyada ehtiyatda olan 300 min nəfər orduya çağırılacaq - Şoyqu

 11:07 21.09.2022     343

“Qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfər xidmətə çağırılacaq”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu çıxışında Rusiyanın səfərbərlik resursunun, təxminən, 25 milyon nəfər olduğunu xatırladıb: “Qismən səfərbərliyə düşənlərin sayı bu rəqəmin 1 %-dən bir qədər çoxunu təşkil edir”.