Səfərbərlik elanından sonra rusların internetdə axtardıqları: “Qolumu necə sındıra bilərəm?” – FOTO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynda aparılan müharibə ilə əlaqədar olaraq ölkədə qismən səfərbərlik elan edib.
Redaktor.az xəbər verir ki, V.Putinin bu qərarından dərhal sonra ölkə vətəndaşları dünyanın ən böyük internet axtarış sistemi olan “Google”də "Rusiyanı necə tərk etmək olar?" (Как уехать из Pоссии?), “Səfərbərlikdən necə yayına bilərəm” (“Kак избежать мобилизации), “Qolumu necə sındıra bilərəm” (“Как сломать руку”) kimi ifadələri axtarışa veriblər.
Bu gün səhər saatlarında Rusiyada internet istifadəçiləri tərəfindən ən çox axtarışa verilən bu sözlər olub və əvvəlki günlərlə müqayisədə kəskin artım olub.
Bu axtarışı ən çox Moskva, Belqorod, Pskov, Rostov və Kalininqrad vilayətlərinin sakinləri edib.
İLTİFAT


