Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI

 17:45 21.09.2022     333

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.

Redaktor.az xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət noyabrın 1-nə kimi uzadılıb.

Xatırladaq ki, əvvəl bu müddət sentyabrın 1-nə kimi nəzərdə tutulmuşdu.