“Rusiya nüvə müharibəsində qalib gələ bilməyəcək” - NATO-nun baş katibi

 19:06 21.09.2022     405

“NATO Rusiya tərəfi ilə təmasdadır və onun fəaliyyətlərini diqqətlə izləyirik”.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Biz hələ ki Rusiyanın nüvə strategiyasında və onun qüvvələrinin hazırlığında hər hansı dəyişiklik müşahidə etməmişik. Lakin vəziyyəti diqqətlə izləməyə davam edirik və ayıq-sayıqlığımızı saxlayırıq”, - deyə Stoltenberq bildirib.

Baş katib, həmçinin qeyd edib ki, Rusiya nüvə müharibəsində qalib gələ bilməyəcək və Moskva tərəfindən nüvə silahından istifadə olunması onun üçün görünməmiş nəticələrə gətirib çıxaracaq.

Vumart və Güvən reklamı Vumart Güvən