Səfərbərlikdən yayınan ruslara sığınacaq verilməyəcək

 22:25 21.09.2022     318

Ukraynadakı müharibəyə görə ruslar məsuliyyət daşıyır.

Redaktor.az xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaja Kallas bildirib.

Kallas qeyd edib ki, ruslar qismən səfərbərliyə görə Rusiya Federasiyasından qaçsalar, onlara sığınacaq verilməyəcək.

“Hər bir vətəndaş öz ölkəsinin hərəkətlərinə görə məsuliyyət daşıyır, bu, Rusiya vətəndaşlarına da aiddir. Yəni heç bir sığınacaq vermirik. Onlar bəyan etməlidirlər ki, müharibəyə qarşıdırlar”, - Kaya Kallas deyib.

Bundan əvvəl Latviya Xarici İşlər Nazirliyindən bildirilib ki, təhlükəsizlik baxımından səfərbərlikdən yayınan ruslara humanitar və digər növ vizalar verilməyəcək.