"Rusiya şantaj və hədə-qorxuya uymayacaq" - Putin

 22:59 21.09.2022     278

"Rusiya şantaj və hədə-qorxuya uymayacaq".

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putin Rusiya dövlətçiliyinin 1160 illiyi münasibətilə keçirilən mərasimdə deyib.

“Biz şantaj və hədə-qorxuya tab gətirməyəcəyik, öz suverenliyimizi heç vaxt verməyəcəyik və itirməyəcəyik”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, rusiyalılar suverenliyi gücləndirməklə ölkəni inkişaf etdirirlər.

"1160 il ərzində biz qəti şəkildə öyrəndik ki, Rusiya üçün hətta müvəqqəti olaraq öz suverenliyini zəiflətmək, milli maraqlardan imtina etmək ölümcül təhlükədir", - Putin qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən