Əsirlikdən azad edilən 5 zabit Ukraynaya qayıtmayacaq - Onları Ərdoğan qoruyacaq

 09:34 22.09.2022     685

Ötən gün Rusiya ilə əsir mübadiləsi zamanı dəyişdirilən 5 ukraynalı zabit müharibə bitənə qədər ölkəyə qayıtmayacaq.

Redaktor.az-ın məlumatına görə, bunu xalqa videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“200 əsgərdən əlavə, daha beş döyüş komandirini geri qaytardıq. Bunlar beş superqəhrəmandır. Onların müqabilində nə rəhm etməyə, nə rəğbətə, nə də heç bir sözə layiq olmayanlardan 55-ni verdik” - Prezident deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna Türkiyə ilə razılaşıb ki, azad edilən komandirlər müharibənin sonuna qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsində olacaqlar.

“Bu barədə Prezident Ərdoğanla danışdım ki, əsirlikdən azad edilən 5 komandirimiz tam təhlükəsiz, rahat şəraitdə və Türkiyə Prezidentinin şəxsi himayəsində olacaq. Hələlik müharibənin sonuna qədər. Lakin biz onların ailələrinə onları görmək imkanı verəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.