Rusların bu ölkəyə girişi qadağan edildi

 11:09 22.09.2022     400

"Finlandiya Rusiya vətəndaşlarının öz ərazisinə giriş hüququ ilə bağlı yeni məhdudiyyətlər tətbiq etmək üzrədir".

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Xaavisto Nyu-Yorkda iştirak etdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə  görə, Rusiya Federasiyası vətəndaşı olan turistlərin heç nə olmamış kimi istirahətə getməsinin heç bir mənəvi-etik əsası yoxdur.

"Finlandiya Şengen vizası olan Rusiya vətəndaşları üçün tranzit ölkə olmaq fikrində deyil", - deyə nazir Xaavisto vurğulayıb.