Ukrayna ordusu işğalçılara zərbə vurmaqda davam edir - Daha 400 Rusiya hərbçisi MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 55510 (+400) canlı qüvvəsi, 2236 (+9) tankı, 4776 (+28) zirehli döyüş maşını, 1341 (+1) artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 169 (+1) hava hücumundan müdafiə sistemi, 253 təyyarə, 218 (+1) helikopter, 941 (+9) PUA, 240 (+1) qanadlı raket, 15 gəmi/kater, 3630 (+ 20) avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikası məhv edilib.
Ötən gün Rusiya ən böyük itkiləri Kramatorski və Donetsk istiqamətlərində verib.
T.İSMAYIL
