İran, Rusiya və Çin birgə hərbi təlim keçirəcək

 12:37 22.09.2022     144

İran, Rusiya və Çin Hərbi Dəniz Qüvvələri bu ilin payızında Hind okeanının şimal hissəsində birgə təlim keçirəcək.

Redaktor.az “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri sentyabrın 22-də Silahlı Qüvvələrin paradı zamanı jurnalistlər açıqlamasında bildirib.

Onun sözlərinə görə, təlimdə Pakistan, Oman və başqa dövlətlərin hərbi dənizçilərinin də iştirak edəcəyi gözlənilir.