Rusiyadan Türkiyəyə təyyarə biletləri kəskin BAHALAŞDI

 15:34 22.09.2022     203

Rusiyadan Türkiyəyə təyyarə biletlərinin qiyməti 3 dəfə bahalaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin NTV televiziyası yayıb.

Bildirilib ki, "Türk Hava Yolları"nın Moskva-İstanbul reysinin sentyabrın 25-dək bütün biletləri artıq satılıb. Belə ki, bir həftə əvvəl Türkiyə istiqamətində 22 min rubla satılan birtərəfli biletlərin qiyməti qismən səfərbərlik elan ediləndən sonra sonra 70 min rubla, yaxud 21 min türk lirəsinədir, bu da təxminən 2100 ABŞ dollarına bərabərdir..

Bildirilib ki, uçuş üçün bilet tapa bilməyənlər tranzit olaraq Gürcüstanın paytaxtı Tbilisiyə oradan Türkiyəyə uçmağa çalışırlar.

Mütəxəssislər “Flightradar24” resursundakı uçuşlara əsasən Rusiyadan qaçış başlandığını deməyin doğru olmadığını vurğulayaraq məlum qərarın ölkədə vahimə ovqatı yaratdığını da qeyd ediblər.