Rusiyada iki il əvvəl ölən adamı yenidən əsgərliyə çağırdılar - FOTO

 19:36 22.09.2022     472

Rusiya Federasiyasının Buryatiya Respublikasında səfərbərlik çərçivəsində iki il əvvəl ölən şəxs üçün çağırış vərəqəsi göndərilib.

Redaktor.az xəbər verir ki, bu barədə mərhumun bacısı Natalya Semyonova “Facebook” hesabında yazıb:

“Bu gün hərbi komissarlıq iki il əvvəl dünyasını dəyişən qardaşımı aparmağa gəlmişdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, qardaşım səhhəti imkan vermədiyi üçün heç vaxt orduda xidmət etməyib. Əvvəlcə öldüyünə inanmadılar, sonra üzr istədilər”.