Ukrayna ordusu işğalçılara zərbə vurmaqda davam edir - Daha 550 Rusiya hərbçisi MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 56060 (+550) canlı qüvvəsi, 2254 (+18) tankı, 4796 (+20) zirehli döyüş maşını, 1355 (+14) artilleriya sistemi, 326 (+8) reaktiv yaylım atəşi sistemi, 170 (+1) hava hücumundan müdafiə sistemi, 254 (+1) təyyarə, 219 helikopter, 950 (+9) PUA, 240 qanadlı raket, 15 gəmi/kater, 3659 (+ 29) avtomobil texnikası və avtosistern, 126(+1) xüsusi texnikası məhv edilib.
Ötən gün Rusiya ən böyük itkiləri Kramatorski və Donetsk istiqamətlərində verib.
İLTİFAT