Ukraynanın itkilərinin sayı AÇIQLANDI

 14:08 23.09.2022     187

“İtkilərimiz 9 min nəfərdən çoxdur”.

Redaktor.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

O bildirib ki, bu, dəqiq rəqəm deyil:

“Çünki Mariupolda ölən döyüşçüləri saymaq mümkün deyil”.

Malyarın sözlərinə görə, Ukraynanın itkiləri qarşı tərəflə müqayisədə xeyli azdır. O, bunu Ukrayna ordusunun bacarığı ilə əlaqələndirib:

“Bu, yalnız hərbçilərin sayıdır. Həlak olan mülki şəxslərin sayını isə başqa qurum hesablayır”.