İranda aksiyalarda ölənlərin rəsmi sayı AÇIQLANDI

 20:10 23.09.2022     203

İranda son günlər baş verən aksiyalarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb. Müstəqil müşahidəçilər ölənlərin daha çox olduğunu düşünür.

Bildirilir ki, mitinqlərdə 61 təcili tibbi yardım və 25 yanğınsöndürən maşın yandırılıb.

Xatırladaq ki, İranda sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə böyük etirazlara səbəb olub. Aksiyalar Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərləri əhatə edib.