Ukrayna İran səfirini qovdu - FOTO

 23:40 23.09.2022     316

Ukrayna hökuməti İranın ölkədəki səfirinin akkreditasiyasını ləğv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb. Buna səbəb rəsmi Tehranın Rusiyaya Ukraynada istifadə üçün pilotsuz uçuş aparatları (PUA) verməsi olub.

Qeyd olunur ki, Rusiya bu PUA-lardanUkraynanın mülki əhalisinə və müdafiə qüvvələrinə qarşı edir və silahların ötürülməsi İranın ali rəhbərliyin açıq şəkildə bəyan etdiyi neytrallıq prinsipinə ziddir.

"Ukrayna tərəfi İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, - deyə Nazirlik vurğulayıb.

Qeyd edək ki, Ukrayna ordusu Rusiyaya məxsus İran istehsalı 6 PUA-nın zərərsizləşdirildiyini bildirib.