Anti-Rusiya sanksiyaları Avropaya böyük ziyan vurur - Macarıstan XİN rəhbəri

 11:28 24.09.2022     333

Ukrayna ətrafında yaranmış vəziyyətə görə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi genişmiqyaslı məhdudlaşdırıcı tədbirlər Avropaya və avropalılara böyük ziyan vurur.

Redaktor.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijjarto BMT Baş Assambleyası çərçivəsində TASS-a müsahibəsində bildirdi.

"Avropa Birliyinin sanksiya siyasətinə ideoloji deyil, siyasi yox, peşəkarcasına baxsanız, bunun Avropa üçün son dərəcə ağrılı, hədsiz ağrılı olduğu açıq-aydın görünür. İnflyasiya sürətlə yüksəlir, enerji qiymətləri həddən artıq yüksəkdir. Ərzaq məhsullarının qiyməti cəhənnəm kimi artır. Ona görə də, bu sanksiya siyasəti şübhəsiz ki, Avropa və Avropa xalqı üçün son dərəcə zərərlidir",- o dedi.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən