Zelenski Luqansk vilayətində onlarla hərbi idarə YARATDI
Ukrayna prezidenti Vladimir Zelenski Luqansk vilayətinin Kiyevin nəzarətində olmayan yaşayış məntəqələrində 20 hərbi idarənin yaradılması haqqında fərman imzalayıb.
Redaktor.az Ukrayna prezidentinin saytında dərc olunan sənədə istinadla xəbər verir ki, Stanitsa Luqanskaya, Şirokiy, Markovka, Novopskov və digər yaşayış məntəqələrində kənd hərbi idarələrinin yaradılması barədə göstəriş verilib.
Məlumata görə, Zelenski həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına və regional hökumətlərə administrasiyaların yaradılması üçün bütün lazımi tədbirləri görməyi tapşırıb.
Xatırladaq ki, Ukrayna prezidenti bundan əvvəl mart ayından Rusiyanın nəzarətində olan Xerson vilayətinin yaşayış məntəqələrində 15 hərbi idarənin yaradılması haqqında fərman imzalayıb.
Nərmin VÜQARQIZI












