Bu ölkədən taxıl ixracına QADAĞA
Belarus taxıl ixracına daha altı ay qadağa qoyub.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Belarus Nazirlər Kabineti bununla bağlı milli hüquq portalında dərc olunan müvafiq qərar qəbul edib.
Məlumata görə, ümumilikdə, ixracı qadağan edilən malların siyahısına buğda, çovdar, arpa, qarğıdalı, darı, qarabaşaq yarması, yulaf və digər dənli bitkilər daxil olmaqla 19 adda məhsul daxildir.
Bildirilib ki, qərar sentyabrın 24-dən qüvvəyə minir.
Nərmin VÜQARQIZI












