Güney Azərbaycanda etirazçılar Üçnova şəhərində nəzarəti ələ keçirdi - VİDEO

 16:59 24.09.2022     478

Ötən gecə Güney Azərbaycanda qəzəbli xalq Üçnova (Uşnəviyə) şəhərində nəzarəti tamamilə ələ keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, qəzəbli etirazçılar polis idarəsinə hücum edərək binaya od vurublar. Bununla bağlı yayılan kadrlarda şəhərdə atəş səsləri də eşidilir.

Lakin bir müddətdən sonra aksiyaçılar Üçnovada sərbəst şəkildə - heç bir polis müdaxiləsi olmadan yürüş ediblər.

Xatırladaq ki, İranda 22 yaşlı gənc qızın əxlaq polisi tərəfindən saxlanılmasından sonra ölməsi ilə ölkə boyu etiraz aksiyaları başlayıb.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən