İran İraqı raketlərlə atəşə tutdu

 19:41 24.09.2022     608

İran İnqilab Keşikçiləri (SEPAH) İraqın şimalındakı kürd bölgəsinə artilleriya zərbəsi endirib.

Redaktor.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Dövlət televiziyası SEPAH-ın İraqın kürdlər yaşayan bölgəsində İran əleyhinə olan qrupları hədəf aldığını bildirib.

Qeyd edək ki, İran hökuməti kürd dissidentləri ölkədə, xüsusən də ölkənin şimal-qərbində 10 milyona qədər kürdün yaşadığı bölgələrdə iğtişaşlar törətməkdə günahlandırıb.

Vumart və Güvən reklamı Vumart Güvən