İran etirazlara görə ABŞ-ı ittiham edir

 19:30 25.09.2022     341

ABŞ-ın iğtişaşçılara dəstəyi Vaşinqtonun İrana qarşı diplomatik mövqeyinə ziddir.

Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib.

O qeyd edib ki, dinc etiraz hər bir xalqın hüququdur.

"Lakin ABŞ-ın İranın işlərinə qarışması və iğtişaşçılara ölkədə sabitliyi pozma layihəsini həyata keçirməkdə dəstək verməsi Vaşinqtonun siyasəti ilə ziddiyyət təşkil edir", - nazir deyib.

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.

Vumart və Güvən reklamı Vumart Güvən